Rusiyalı jurnalist Putini “diktator” adlandırdı

03.10.2015 14:26     Dünyadan reaksiya     1856

Rusiyalı jurnalist Aleksandr Sotnik Fransanın paytaxtı Paris şəhərində Normand dördlüyünün görüşü haqda fikrini bildirib.

Reaksiya.az xəbər verir ki, Rusiya prezidentilə görüşdə Suriyada məsələsində və Donbassda gedən qarşıdurmaların həll edilməsində heç bir irəliləyiş əldə edilməyib.

Bu haqda Sotnik özünün Facebook səhifəsində yazıb:

“Mən belə anladım ki, Parisdə Suriya və Ukrayna məsələlərində Putinlə heç bir razılıq olmayıb. Putin Parisdən havalanaraq ayrılıb. Ancaq onun əlini sıxdılar. Əli qana batmış diktatorun əlini. Başa düşürəm ki, diplomatiya - imkanlığın sənətidir, siyasətçilər isə praqmatikdir. Mən indi praqmatik kimi yazıram. Bütün diktatorluq eyni qandan gəlir. Fərq isə yalnız ölənlərin və şikəst edilənlərin sayındadır. Diktatorların sonu eyni dərəcədə pis qurtarır. Praqmatizmə görə diktatorlarla danışıqlar aparmaq olmaz. Onları fiziki cəhətdən məhv etmək lazımdır və bu nə qədər tez olsa yaxşıdır. Öz əlaltıları ilə birgə. Şoyqularla, patruşevlərlə, ivanovlarla və digər havalananlarla. Onların həyatının istənilən halda uzadılması siyasi və diplomatik meydanda qurbanların artması ilə nəticələnə bilər. Bu hal təkcə Rusiyada yox, bildiyiniz kimi, bütün dünya üzrə isə belədir”.

Rusiyalı jurnalist bildirib ki, Paris görüşündə Ukrayna prezidenti Petro Poroşenko Putinin əlini sıxıb:

“Əlbəttə bu, şəxsən Poroşenkonun vicdanı ilə bağlıdır. Putinə isə əl vermək lazım deyil, onu iki əlli boğmaq və dizi üstə çökdürmək lazımdır. Hətta, edəcəyi dua da ona kömək edə bilməz”.

Almaniya kansleri Angela Merkel isə deyib ki, Putin Minsk razılaşmasını həyata keçirməlidir. 

Şərhlər

Çox oxunanlar