“Lazım gələrsə, İran güc amilindən də istifadə edəcək” - Həsən Ruhani
03.10.2015 15:08 Dünyadan reaksiya 2105
Qurban Bayramının ilk günü Minada şeytan daşlama zamanı çıxan izdihamda həyatını itirən iranlı hacılar üçün təşkil olunan mərasimdə Prezident Həsən Ruhani "Əgər bu hadisədə bəzi vəzifəlilərin qüsurları müəyyən olunarsa, məlumları olsun ki, biz heç bir formada zəvvarlarımızın qanından əl çəkməyəcəyik" sözlərini deyib.
Reaksiya.az xəbər verir ki, İranın paytaxtı Tehrandakı Mihrabad Hava Limanında təşkil olunan və Minadakı izdihamda ölən hacılardan 104-nün cənazəsinin gətirildiyi mərasimdə danışan Prezident Həsən Ruhani hadisə ilə bağlı həqiqəti araşdırma komissiyasının yaradılacağını bildirib:
“Bizim bu hadisədə istifadə etdiyimiz dil, qardaşlıq və ədəb dilidir. Lazım olduğu yerdə diplomatik dildən istifadə etdik. Lazım gələrsə, İran güc amilindən də istifadə edəcək. Əgər bu hadisədə bəzi vəzifəlilərin qüsurları müəyyən olunarsa, məlumları olsun ki, biz heç bir formada zəvvarlarımızın qanından əl çəkməyəcəyik".
Mərasimə Məclis sədri Əli Laricani və Şəriət Məhkəməsinin sədri Sadiq Laricani ilə yanaşı, çox sayda millət vəkili, yüksək rütbəli hərbçilər də qatılıb.
Tehran hökuməti Minadakı 465-i İranlı olmaqla, 1000-dən artıq hacının hüquqlarını müdafiə edir. Səudiyyə Ərəbistanı isə faciədə həyatını itirənlərin sayının 769 olduğunu açıqlamışdı.
Şərhlər