Rus qırıcıları İŞİD-in "paytaxtı"nı bombaladı

03.10.2015 15:49     Dünyadan reaksiya     2032

İŞİD-in özünə paytaxt elan etdiyi Rakka şəhərinə hava hücumu təşkil olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik nümayəndəsi İqor Konaşenkov Rusiyaya məxsus Sukhoi “Su-34” və “Su-24M” tipli qırıcı təyyarələrin İŞİD-ə aid doqquz kompleksi hədəf aldığı haqda açıqlama verib.

Konaşenkov həmçinin bildirib ki, dünən həyata keçirilən hava hücumları nəticəsində Rakka yaxınlığında yerləşən təşkilata aid komandanlıq mərkəzi və sursat anbarı vurulub.

Londonda yerləşən Suriya İnsan Hüquqları Resurs Mərkəzi da Rusiyanın Rakkanın şimalındakı İŞİD hədəflərini vurduğunu bildirib.

Mərkəz, həmçinin həftənin əvvəlindən bu yana Rusiyanın Rakkada təşkil etdiyi hava hücumlarında ən az 12 İŞİD hərbçisinin öldürüldüyünü qeyd edib.

Şərhlər

Çox oxunanlar