“Rusiya Suriyada Əfqanıstan ssenarisini yaşamayacaq” - Alman jurnalist

03.10.2015 17:18     Dünyadan reaksiya     2111

Almaniyanın N24 kanalı Rusiyanın Suriyada İŞİD-ə qarşı başlatdığı hava əməliyyatında SSRİ-nin Əfqanıstanda yaşadığı uğursuzluq ssenarisi ilə üzləşməyəcəyini deyib.

Reaksiya.az xəbər verir ki, Sovet İttifaqının uğursuzluqla nəticələnən Əfqanıstan əməliyyatı ilə Rusiyanın Suriyada apardığı hava əməliyyatını müqayisə edən Alman jurnalist Kristof Wanner bu əməliyyatların bir-birindən fərqi olduğuna diqqət çəkib.

Wanner "Sovet İttifaqının 1989-cu illər arasında Əfqanıstan işğalında, təxminən 85 min hərbçisi iştirak edib və uğursuzluğa düçar olub. Rusiyanın Suriyadakı əməliyyatı isə daha fərqlidir. Suriya ordusu Hizbullah və İran terrorçuları ilə quruda döyüşərkən, Rusiya İŞİD-ə qarşı hava hücumu təşkil edir" sözlərini deyib.

Rusiya Prezidenti Vladimir Putin Suriyadakı əməliyyatın quru hərəkatına keçməyəcəyini bildirib.  Wanner bu səbəblə Rusiyanın ikinci bir Əfqanıstan ssenarisi ilə üzləşməyəcəyini düşünür. Ancaq Wannere görə, Moskva rəhbərliyi Suriyada quru əməliyyata başlamağa sövq edilə bilər.

Şərhlər

Çox oxunanlar