Davudoğlu Almaniyada yaşayan türklərə səsləndi

03.10.2015 17:43     Dünyadan reaksiya     1890

"Vətəndaşlarımız kimə səs verir, versin başımızın tacıdır. Hansı siyasi görüşə sahib olsalar da, iradələrinə hörmət göstərmək bizim üçün demokratiyanın əsasıdır".

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniyadakı türk baş konsullara xitab edərək deyib.

Baş nazir Əhməd Davudoğlu, baş nazir müavinləri Numan Kurtulmuş, Tuğrul Türkeş və Avropa Birliyinin naziri Berill Dedeoğlu Düsseldorfda türk baş konsulları ilə görüşüb.

Davudoğlu çıxışı zamanı 1 noyabr seçkiləri haqqında bəyanatlar verib: “Sizlərdən istəyimiz, tələbimiz budur ki, bu seçkilərdə seçicilərin səs verməsini təmin edəsiniz və hər cür imkanı yaradasınız”.

Davudoğlu Almaniya səfəri çərçivəsində Düsseldorf ISS Dome adlı idman salonunda da türk vətəndaşlarına xitabən çıxış edəcək.

Şərhlər

Çox oxunanlar