Merkel Krımın Ukraynaya qayıtmayacağını etiraf etdi
03.10.2015 17:55 Dünyadan reaksiya 1979
Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov “Merkel Krımın Ukraynaya qayıtmayacağını etiraf edib" fikrini səsləndirib.
Reaksiya.az xəbər verir ki, Almaniya kansleri Angela Merkelin Normandiya dördlüyü liderlərinin dünən Fransada həyata keçirdiyi toplantıda "Ukrayna ərazi bütövlüyünə hörmət edilməsini gözləyir. Krım məsələsində deyil, ölkənin qalan əraziləri məsələsində" ifadəsini işlədib.
Bu açıqlamanı şərh edən Aleksey Puşkov Merkelin ilk dəfə Krımın Ukraynaya qayıtmayacağını etiraf etdiyinə diqqət çəkib.
Puşkov Twitter hesabından verdiyi açıqlamada bu ifadələri işlədib: "Önəmlidir. Merkel Parisdəki toplantıda ilk dəfə Krımın Ukraynaya qayıtmayacağını etiraf etdi. Yəni Ukraynadakı böhran təkcə ölkənin şərqi ilə bağlıdır”.
Şərhlər