"Rusiya Azərbaycanda yeni RLS tikməyəcək" - AÇIQLAMA
04.10.2015 00:51 Dünyadan reaksiya 1520
Rusiya Azərbaycanın Qəbələ rayonunda əvvəlki “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli RLS tikməyəcək və ölkə hüdudlarından kənarda bu cür sistemlərin yaradılmasını məqsədəuyğun saymır.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk deyib.
“Hesab edirəm ki, Rusiyanın bu tip vasitələri Rusiya Federasiyası ərazisində yerləşməlidir və qarşılarına qoyulan vəzifələri tam zəmanətlə icra etməlidirlər”, deyə Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” proqramında Qəbələdə əvvəlki “Daryal” radiolokasiya stansiyasının yerində yeni “Voronej” tipli RLS-in tikilib-tikilməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Nesteçuk hazırda ölkə hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” tipli RLS-in, Belarusda isə “Volqa” tipli RLS-in fəaliyyət göstərdiyini xatırladıb. “Lakin qeyd olunan strateji istiqamətlərdə Raket Hücumundan Xəbərdarlıq Sisteminin (RHXS) vəzifələrini icra etmək üçün bizim artıq bu ərazilərdəki stansiyaları əvəz edə biləcək vasitələrimiz var”, deyə Nesteçuk qeyd edib.
Şərhlər