Həcc ziyarətində həlak olan zəvvarların cənazələri Tehrana gətirilib
04.10.2015 01:33 Dünyadan reaksiya 1563
Mina faciəsində həlak olan iranlı zəvvarların bir neçəsinin cənazəsi oktyabrın 3-də Tehrana gətirilib.
Tehranın Mehrabad hava limanında keçirilən mərasimdə İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricani də iştirak ediblər. Prezident H.Ruhani bir daha bəyan edib ki, Minada həyatını itirən bütün zəvvarların cənazələri vətənə gətirilərək şəhid kimi dəfn olunacaq.
Oktyabrın 4-də Tehranda zəvvarların dəfn mərasimi keçiriləcək və cənazələr şəhidlik məzarlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Həcc ziyarəti zamanı baş verən faciədə 465 iranlı zəvvar ölüb. İran hökuməti ölən və itkin düşən zəvvarların şəxsiyyətlərini müəyyənləşdirib cənazələrinin vətənə gətirilməsi istiqamətində işi davam etdirir.
Şərhlər