Davudoğlu cəsədin sürükləndiyi olaydan danışdı

05.10.2015 10:23     Dünyadan reaksiya     1863

Türkiyənin baş naziri Əhməd Davudoğlu Şırnakda çəkilən görüntülərlə bağlı açıqlama verib.

Reaksiya.az xəbər verir ki, baş nazir həmin görüntülərin qəbul etmələrinin mümkün olmadığını bildirib.

O, hadisəylə bağlı hüquqi və inzibati istintaq üçün zəruri tapşırıqların verildiyini deyib: “Bu səhv davranışlar hər şeydən əvvəl hüquqi dövlət normaları içərisində canlarını təhlükəyə ataraq terrorla mübarizə aparan, bunu edərkən hansısa vətəndaşın zərər görməməsi üçün maksimum diqqət göstərən, bölgə xalqının təhlükəsizliyi üçün gecə-gündüz xidmət edən polis təşkilatımız tərəfindən qəbuledilməzdir. Terrorla apardığımız mübarizəni qətiyyətlə davam etdirərkən hüquqi baza və legitimliyi bu formada pozmağa çalışan davranış və mövqelərə yol verməyəcəyik. Türkiyə terror təşkilatının hər cür vəhşiliyinə qarşı mübarizəsini hüquqi normalar daxilində aparacaq".

Qeyd edək ki, Şırnakda cəsədin zirehli maşının arxasına bağlanaraq sürükləndiyini göstərən görüntülər yayılıb.

İçişleri Bakanlığı soruşturma başlattı

Şərhlər

Çox oxunanlar