Səddam Hüseynin iqamətgahı olan əraziyə hamı daxil ola biləcək
05.10.2015 11:08 Dünyadan reaksiya 1966
İraqın paytaxtı Bağdadda hökumət binalarının yerləşdiyi və 2003-cu ildən bəri istifadəyə bağlı olan “Yaşıl Bölgə”nın açılışı keçirilib.
Reaksiya.az xəbər verir ki, açılışda İraqın baş naziri Heydər İbadi iştirak edib.
İbadi açılış mərasimində "Vətəndaşlara söz verdiyimiz işlərdən biri “Yaşıl Bölgə”nın açılışına bu gün şahid oluruq. Ölkə və xalqımızın mənafeyi üçün islahatlarımıza davam edəcəyik" sözlərini deyib.
Bağdadın mərkəzində yerləşən və “Yaşıl Bölgə” adlandırılan sahə 2003-cu ildə İraqın işğalından sonra beynəlxalq koalisiya qüvvələri tərəfindən yaradılıb.
Təxminən 10 kilometrlik ərazini əhatə edən sahə ölkənin ən təhlükəsiz ərazilərindən biri hesab olunur.
“Yaşıl Bölgə"də hökumət binaları, ABŞ səfirliyi, həmçinin digər xarici səfirliklərin binaları yerləşir.
İraqın keçmiş lideri Səddam Hüseynin də iqamətgahı bu ərazidədir.
Şərhlər