Portuqaliyada iqtidar koalisiyası qalib gəldi
05.10.2015 11:03 Dünyadan reaksiya 2053
Portuqaliyada keçirilən parlament seçkilərində iqtidardakı Sosial Demokrat Partiyası (PSD) və Sosial Demokrat Mərkəz-Xalq Partiyasının (CDS-PP) qurduğu "Portuqaliya Cəbhəsi (PaF) koalisiyası 36.8 faiz səs toplayıb.
Reaksiya.az xəbər verir ki, nəticədə PaF 230 yerlik Portuqaliya parlamentində 100-105 nəfər deputat “əldə edib”. Bu seçkilərə PaF adı ilə girən sağ partiyalar 4 il əvvələ nisbətən səs itirsələr də birinci olmağı bacarıblar.
Portuqaliyanın baş naziri və PSD-nin başqanı Pedro Passos Koelho seçki nəticələri ilə bağlı etdiyi ilk çıxışında "Seçkiləri qazanıb hökuməti qurmamaq qəribə olur. Prezidentə hökuməti qurmağa hazır olduğumuzu deyəcəyik" sözlərini bildirib.
Koelho ilk mərhələdə ana müxalifətdə olan Sosialist Partiyası (PS) ilə görüşəcəklərini deyib.
Passos Koelho ilə birlikdə tribunaya çıxan CDS-PP lideri Paulo Portas isə bunları qeyd edib: "Portuqaliya tarixində ilk dəfə bir koalisiya seçkilərə birlikdə girdi və qazandı. Seçkilərdən çıxan nəticələrə görə həmfikir olmasaq da portuqaliyalıların bu qərarını qəbul edirik. Dərhal sol partiyalardan biri ilə ya da təkbaşına hökumət qurmağa çalışacağıq”.
Ana müxalifət partiyası hesab edilən Sosialist Partiyasının (PS) lideri Antonio Kosta da çıxışında PaF-ın seçkiləri qazandığını qəbul edib və rəqibini təbrik edib: "Əksəriyyət olmadan hökumət qurulmur. Koalisiya (PaF) parlamentdə yeni bir mənzərə yarandığını nəzərə almaq məcburiyyətindədir. Bəzi partiyaların tələblərinə və Portuqaliya mediasının təpkisinə baxmayaraq istefa etməyəcəyəm”.
Şərhlər