Rus qırıcıları Türkiyənin hava məkanını pozdu

05.10.2015 12:32     Dünyadan reaksiya     2116

Rusiyaya məxsus döyüş təyyarəsi oktyabrın 3-də Türkiyənin hava məkanını pozub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin verdiyi açıqlamada qeyd olunub ki, Rusiyanın Ankaradakı səfiri nazirliyə çağırılıb və pozuntu halının təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu bu olayla bağlı rus həmkarı Sergey Lavrovla telefonla əlaqə saxlayıb.

Şərhlər

Çox oxunanlar