NATO Rusiyaya səsləndi - "Hava sahəmizə hörmət edin!"

05.10.2015 17:40     Dünyadan reaksiya     1970

Brüsseldə NATO baş katibi Jens Stoltenberg və Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu görüşüb.

Reaksiya.az xəbər verir ki, baş katib rus təyyarələrinin Türkiyənin hava məkanını pozmasının qəbuledilməz olduğu deyib.

Stoltenberg görüş sonrası yazılı açıqlama verib: “Rusiyanı NATO ölkələrinin hava sahəsinə hörmətlə yanaşmağa və ittifaq ilə gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıram”.

O, həmçinin Rusiyanın İŞİD-lə mübarizə üçün göstərdiyi səylərinin beynəlxalq ictimaiyyətin səyləri ilə uyğun hala gətirilməsi lazım olduğunu müdafiə edib.

Stoltenberq NATO-nun Türkiyənin təhlükəsizliyinə qarşı məsuliyyətli davranmağın vacibliyini vurğulayaraq NATO Şurasını fövqəladə olaraq toplantıya çağırıb.

Şərhlər

Çox oxunanlar