İraqda silsilə terror - 57 ölü, 60 yaralı
06.10.2015 02:25 Dünyadan reaksiya 1512
Oktyabrın 5-də İraqda baş verən üç terror aktı nəticəsində 57 nəfər ölüb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda avtomobildə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb, 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Ölkənin digər bölgələrində də ölüm halları ilə nəticələnən hücumlar törədilib. Diyala əyalətinin Xalis şəhərində və ölkənin cənubunda yerləşən əz-Zübeyr şəhərində minalanmış avtomobillərin partladılması nəticəsində 45 nəfər ölüb, 40 nəfər yaralanıb.
Şərhlər