Səudiyyə Ərəbistanının dini liderləri Rusiya və İrana qarşı cihada çağırıblar
06.10.2015 07:29 Dünyadan reaksiya 1618
Səudiyyə Ərəbistanının 50-dən çox dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıblar.
Reaksiya.az xəbər verir ki, onlar Rusiyanın Suriyadakı hava əməliyyatlarını Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə müqayisə ediblər.
Suriyanın tərkibinə güclü "Əhrar əş-Şam" fraksiyasının da daxil olduğu 40-dan yuxarı üsyançı qrupu Yaxın Şərq regionu ölkələrinə İran və Rusiyaya qarşı ittifaq yaratmaq çağırışı ilə müraciət ediblər. Usyançılar eyni zamanda Moskvanı öz ölkələrini işğal etməkdə ittiham ediblər.
Şərhlər