Rusiyanın Ankaradakı səfiri XİN-ə çağırılıb

06.10.2015 08:21     Dünyadan reaksiya     1672

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, buna səbəb Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən Türkiyənin hava məkanının ikinci dəfə pozulması olub.

XİN-in etdiyi açıqlama deyilir ki, Rusiyanın bu cür münasibəti davam etsə, o xoşagəlməz nəticələrə görə özü cavabdeh olacaq.

Şərhlər

Çox oxunanlar