ABŞ və Rusiya təyyarələri Suriya səmasında üz-üzə gəlib

07.10.2015 00:51     Dünyadan reaksiya     1666

ABŞ hərbçiləri Suriyada Rusiya hərbi təyyarələri ilə ilk vizual kontakt barədə məlumat veriblər.

Reaksiya.az-ın xəbərinə görə, bunu CBS-ə açıqlamasında ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, general Çarlz Braun deyib.

Ç. Braun bildirib ki, Rusiya təyyarələri Suriya səmasında ABŞ aviasiyasına 20 mil (32 km) məsafəyə qədər yaxınlaşıb, bu isə amerikalı pilotların rus pilotları göyərtə radarında görməsinə imkan verib. General Rusiya təyyarələrinin ABŞ pilotsuz uçuş aparatlarına doğru bundan daha yaxın məsafəyə qədər gəldiyini də əlavə edib. Lakin general bəyan edib ki, bütün bunlar ABŞ-ın antiterror əməliyyatı keçirdiyi hava zonasından sıxışdırılması mənasına gəlmir: “Biz Rusiyadan daha çox uçuş həyata keçiririk. Bizim onların təyyarələri ilə qarşılaşmamaq cəhdlərimiz Suriya və İraq səmasında keçirdiyimiz vaxtın kiçik bir hissəsini təşkil edir”. 

Şərhlər

Çox oxunanlar