Polis bölməsinə hücum - 9 yaralı

07.10.2015 04:45     Dünyadan reaksiya     1429

Türkiyənin Van şəhərində PKK üzvləri polis bolməsinə hücum ediblər.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eşmepınar Məhəlləsində olan Eşmepınar polis bölməsinə atəş açılıb.

Əsgərlər terrorçulara cavab verib, qarşıdurma yaranıb. Toqquşma zamanı bomba yüklü maşın polis bölməsinin yaxınlığında partladılıb. Hadisə zamanı 7 əsgər, 1 meşəbəyi və 1 mülki vətəndaş yaralanıb.

Yaralılar ərazidə edilən ilk müdaxilənin ardından helikopterlə Vana sövq edilib.

Şərhlər

Çox oxunanlar