6 min dustaq azadlığa buraxılacaq
07.10.2015 07:14 Dünyadan reaksiya 1614
ABŞ-ın Ədliyyə Nazirliyi narkotik ticarəti və saxlanmasına görə məhkum edilən 6 min dustağı azadlığa buraxacaq.
Reaksiya.az reporta istinadən xəbər verir ki, məhbuslar cari ilin oktyabr ayının 30-dan noyabrın 2-dək olan dövr ərzində azad olunacaqlar.
Azadlığa zokarılıq cinayətlərində ittiham olunmayan şəxslər çıxacaq.
Ədliyyə Nazirliyi bu addımı Amerika penitensiar müəssisələrinin dolması ilə əlaqədar atıb. Bu son dərəcə böyük həcmdə büdcə vəsaiti xərclərinin azalmasına gətirib çıxaracaq. Hazırda ölkədə 200 mindən çox insan federal həbsxanalarda cəza çəkir.
Şərhlər