Kadırov peyğəmbərin saç telini Moskva Mərkəzi Məscidinə bağışladı
07.10.2015 11:24 Dünyadan reaksiya 1922
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Moskva Mərkəzi Məscidinə hədiyyə olaraq Həzrət Məhəmmədin (s.ə.s) saç telinin yerləşdiyi şüşə kapsulu verib.
Reaksiya.az xəbər verir ki, Müqəddəs Əmanət Çeçenistanın paytaxtı Qroznıda Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinə verilib.
Ramzan Kadırov sosial mediada bu haqda açıqlama yayıb: "Moskva Mərkəzi Məscidinin açılış mərasimində peyğəmbərin saç telini məscidə vermək qərarımı bildirdim. Rusiyanın paytaxtında 2 milyondan artıq müsəlman yaşayır. Bu şəhərdə müsəlman ölkələrinin 40-dan artıq səfirlikləri var. Bu səbəbdən də Böyük Əmanət Moskva Məscidində olmalıdır".
Çeçen lider Əmanətin dünya müsəlmanları, Rusiyanın bütün vətəndaş və xalqları arasında birliyin möhkəmlənməsinə və əhalisi 1,5 milyarddan çox olan İslam dünyasında Rusiyanın nüfuzunun güclənməsinə kömək edəcəyini vurğulayıb.
Həzrət Məhəmmədin (s.ə.s) saç teli dünən Moskva Mərkəzi Məscidinə gətirilib. Müqəddəs Əmanət böyük bayramlarda zirehli şüşə vitrin içində nümayiş etdiriləcək.
Rusiyada Həzrət Məhəmmədə (s.ə.s) aid üç saç teli var. Digər iki saç teli Mahaçqala və Tver şəhərlərində saxlanılır.
Şərhlər