Nobel alan türkiyəli alimi tanıyaq - VİDEO
07.10.2015 15:48 Dünyadan reaksiya 2526
Xəbər verdiyimiz kimi, türkiyəli alim Əziz Səncər Nobel Kimya Mükafatına layiq görülüb.
Reaksiya.az xəbər verir ki, alim bir sıra kəşfləri ilə dünya miqyasında tanınır.
O, xərçəng xəstəliyinin müalicəsi ilə bağlı "sirkadiyen saat" (bədii saat) kəşfinə imza atıb.
Əziz Səncər ABŞ-da Şimali Karolina Universitetinin Biokimya və Biofizika Kafedrasının müəllimi vəzifəsində işləyib.
Səncər 1946-cı ildə Türkiyənin Mardin şəhərinin Savur rayonunda səkkiz uşaqlı ailədə anadan olub.
Ailəsi oxumaq-yazmaq bilməsələr də ancaq təhsilə çox əhəmiyyət veriblər.
Səncər İstanbul Universitetinin tibb fakültəsini bitirib.
O, xaricdə gördüyü işlərə görə Amerika Milli Elmlər Akademiyasına qəbul edilən üç türkdən biridir.
Alim mükafatı dekabrın 10-da Alfred Nobelin ölüm ildönümündə təhvil alacaq.
Qeyd edək ki, Nobel Mükafatını ilk dəfə Türkiyəyə yazıçı Orhan Pamuk qazandırıb.
Məşhur yazıçı 2006-cı ildə Nobel Ədəbiyyat Mükafatını alıb.
Şərhlər