"Volkswagen" avtomobillərini təmir etdirəcək
07.10.2015 16:35 Dünyadan reaksiya 1962
Almaniyanın "Volkswagen" (VW) şirkəti yanvar ayından etibarən avtomobillərini təmir etdirəcək.
Reaksiya.az xəbər verir ki, VW-nin yeni icraçı direktoru Matthias Müller bu barədə müsahibə verib.
Müller həll təkliflərini bu həftə içərisində təqdim edəcəklərini söyləyib: "Təklif qəbul edilərsə, dərhal ehtiyat hissə sifarişlərini verəcəyik. Hər şey planlaşdırılan formada davam edərsə, yanvar ayından etibarən təmirə başlanacaq".
O, 2016-cı ilin sonuna qədər qalmaqalda adları çəkilən avtomobillərin hamısının düzəldilməsini qarşılarına məqsəd qoyduqlarını bildirib.
Müller emissiya qazı olan avtomobilllərin sayının bu günə qədər güman edildiyindən daha az olduğunu açıqlayıb: “Avtomobillərin sayı 11 milyon yox, 9 milyon yarımdır”.
Qeyd edək ki, "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobillərdə ətraf mühit standartlarına uyğun olmayan emissiya qazı aşkarlanmışdı.
Şərhlər