“İŞİD-i Xəzər dənizindən vurduq” - Şoyqu Putinə hesabat verdi
07.10.2015 16:44 Dünyadan reaksiya 2002
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rus donanmasının Suriyadakı İŞİD hədəflərinə raketlərlə hücum təşkil etdiyini açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinə Suriyadakı əməliyyatlar haqqında hesabat verən Şoyqu hücumların Xəzər Dənizindəki dörd rus gəmisindən həyata keçirildiyini və İŞİDin mövqelərinə 26 raket atdığı məlumatını ötürüb.
Dənizdən bu gün səhər həyata keçirilən hücum zamanı 11 hədəfin vurulduğunu bildirən Şoyqu hədəflərin hamısının məhv edildiyini qeyd edib.
Raket zərbələri zamanı Suriyadakı dövlət binaları zərər görməyib.
Bu arada Şoyqu Türkiyə sərhədində mövcud olan problemlərin həlli üçün türkiyəli həmkarı ilə əlaqə yaratdığını deyib.
Şərhlər