Rusiya Suriyanı Xəzərdən belə vurdu - VİDEO
08.10.2015 00:34 Dünyadan reaksiya 2440
Rusiya Müdafiə Nazirliyi Xəzər akvatoriyasından Suriyada terrorçulara məxsus obyektlərə raket zərbələrinin endirildiyini əks etdirən videogörüntüləri yayıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında Xəzər dənizindən “Dağıstan” gəmisinin İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirdiyini açıqlayıb.
Suriyadakı terrorçuların mövqeləri qanadlı raketlər vasitəsi ilə vurulub. 1500 kilometr məsafədə yerləşən hədəflər dəqiqliklə vurulub.
Şərhlər