Obama üzr istədi
08.10.2015 01:43 Dünyadan reaksiya 1785
ABŞ prezidenti Barak Obama “Sərhədsiz Həkimlər” təşkilatının rəhbəri Coan Lyuya zəng edərək Əfqanistanın Qunduz şəhərində yerləşən xəstəxanaya edilən hücumla bağlı üzr istəyib.
Qeyd edək ki, “Sərhədsiz Həkimlər” təşkilatına məxsus bu xəstəxana ABŞ qüvvələri tərəfindən bombalanmışdı. Nəticədə tibbi personalın 12 üzvü və 10 xəstə həlak olmuşdu.
ABŞ ordu generalı Con Kempell Senatın Silahlı Qüvvələr komitəsinə bildirib ki, “Sərhədsiz Həkimlər” təşkilatının fəaliyyət göstərdiyi xəstəxananın hədəf alınmasını əfqan qüvvələri istəyib.
Ağ Ev sözçüsü Coş Ernest hadisəni dəhşətli faciə adlandıraraq, Birləşmiş Ştatların buna ciddi yanaşğını bildirib.
Şərhlər