"ABŞ İŞİD-in olduğu yerlər barədə məlumatları Rusiyaya verməlidir" - Putin

08.10.2015 02:13     Dünyadan reaksiya     1934

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı deyib.

"Əgər ABŞ Suriyadakı vəziyyəti daha yaxşı bildiyini deyirsə, onda bizə müəyyən etdikləri hədəfləri versinlər. ABŞ bir ildən artıqdırSuriyaya qanunsuz müdaxilələr edir. Onlara dedim ki, vəziyyəti daha yaxşı bilirlərsə, bu müddət ərzində müəyyən etdikləri hədəfləri bizə versinlər. Biz isə onların üzərində işləyərik", - deyə o bildirib. 

Şərhlər

Çox oxunanlar