Məhkəmə keçmiş baş nazirlərə xəbərdarlıq etdi

08.10.2015 05:33     Dünyadan reaksiya     1532

Ankara 5-ci Ağır Cəza Məhkəməsi sabiq baş nazirlər Tansu Çillər ilə Məsud Yılmaza xəbərdarlıq edib.

Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki baş nazirə məhkəmə prosesində iştirak etmələri barədə çağırış kağızı göndərilib.

28 fevral davasında adları hallanan Tansu Çillər və Məsud Yılmaz məhkəmə iclasına qatılmasalar, onlar barədə icbari qərar veriləcək. Bu qərardan sonra hər iki sabiq baş nazir məhkəmə prosesində məcburi iştirak edəcək. 

Şərhlər

Çox oxunanlar