“Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib” - Davudoğlu

08.10.2015 07:23     Dünyadan reaksiya     1654

Reaksiya.az-ın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil. Milli təhlükəsizliyimizə hörmət göstərilməsini gözləyirik. Bizim hava məkanımızı kimsə poza bilməz”, deyə Ə.Davudoğlu bildirib.

O, əlavə edib ki, Suriya münaqişəsi regional və qlobal bir problemə çevrilib: “Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Hər halda diplomatik təmaslarımız davam edir, biz müharibənin bir hissəsi olmaq istəmirik”. 

Şərhlər

Çox oxunanlar