Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasını istəmir

08.10.2015 07:36     Dünyadan reaksiya     1618

Almaniya kansleri Anqela Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir.

Reaksiya.az-ın məlumatına görə, bu barədə A.Merkel ARD telekanalında çıxış edərkən deyib.

“Mən həmişə Türkiyənin Avropa İttifaqına bərabərhüquqlu üzv olmasının əleyhinə olmuşam və fikrimdə qalmaqda davam edirəm. Buna baxmayaraq, miqrasiya böhranının həlli üçün Türkiyə ilə dialoqu davam etdirmək gərəkdir. Təbii, ki biz bir-birimizə lazımıq”, deyə A.Merkel bildirib.

Qeyd edək ki, bundan əvvəl A.Merkel Strasburqda çıxış edərkən miqrasiya böhranının nizama salınmasında Türkiyənin mühüm rol oynadığını bildirib: “Türkiyə ərazisindəki 2 milyon qaçqın üçün əlindən gələni edir. Almaniya bu məsələdə Türkiyəyə hərtərəfli yardım göstərmək niyyətindədir”.  

Şərhlər

Çox oxunanlar