Yunanıstan parlamenti yeni hökumətə etimad göstərib

08.10.2015 04:26     Dünyadan reaksiya     1478

Yunanıstan parlamentinin üzvləri Aleksis Tsiprasın başçılıq etdiyi hökumətə etimad göstəriblər.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, səsvermədə 299 deputat iştirak edib.

Yeni hökumətin lehinə Radikal Solçu Qüvvələr Koalisiyası (SİRİZA) və Müstəqil yunanlar” partiyasının 155 deputatı səs verib. Digər partiyaların nümayəndələri isə yeni hökumətin əleyhinə səs veriblər.

Qeyd edək ki, Yunanıstan parlamentinin spikeri vəzifəsinə ölkənin sabiq daxili işlər naziri Nikos Vutsis seçilib. 

Şərhlər

Çox oxunanlar