Toya hava zərbəsi endirildi - 15 ölü, 25 yaralı

08.10.2015 06:10     Dünyadan reaksiya     1482

Yəməndə toy mərasimi keçirilən əraziyə ərəb koalisiyası tərəfindən iki hava zərbəsinin endirilməsi nəticəsində azı 15 nəfər həlak olub, 25 nəfər yaralanıb.

APA-nın verdiyi məlumata görə, hadisə Damar əyalətində, paytaxt Sənadan 113 km cənub-şərqdə baş verib.

Qeyd olunur ki, hərbi təyyarələr üsyançı husilərin tərəfdarının toy mərasimini bombardman edib.

İnsidentlə əlaqədar koalisiya rəhbərliyi hələ ki hər hansı şərh verməyib.

Qeyd edək ki, sentyabrın sonunda Qırmızı dəniz sahilində yerləşən Əl-Moxa limanı yaxınlığında toy mərasiminə havadan zərbə endirilməsi nəticəsində 130-dan çox insan həyatını itirib. Hava zərbələrindən ölənlərin əksəriyyəti qadınlar və uşaqlar olub. Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya hadisədə əli olduğunu inkar edib.

Şərhlər

Çox oxunanlar