Qvatemalada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb

08.10.2015 07:10     Dünyadan reaksiya     1542

Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.

Reaksiya.az-ın verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 215-ə çatıb, 300-ə yaxın insan itkin düşmüş hesab olunur.
 
Hazırda hadisə yerində 560 xilasedici, 50 yük maşını, 28 traktor və ekskavator işləyir.
 
Qeyd edək ki, faciə ilə əlaqədar Qvatemalada 3 günlük matəm elan edilmişdi.

Şərhlər

Çox oxunanlar