ABŞ Konqresindən rəsmi qurumlara qadağa

08.10.2015 02:54     Dünyadan reaksiya     1415

ABŞ Konqresi işgəncə metodlarının tətbiqini rəsmi qurumlara qadağan edib.

Report xəbər verir ki, Respublikaçı-senator Con Makkeynin təşəbbüsü ilə ABŞ-ın Hərbi büdcəsinə dair qanun layinəsinə “bütün növ işgəncə metodlarının qadağan edilməsinə” dair əlavə maddə daxil edilib.

Makkeynin sözlərinə görə, ABŞ-ın dəyərlərinə ciddi zərdə vurun işgəncə metodları əksər hallarda istənilən nəticəni verməyib.

Hərbi büdcəyə dair qanun prezident Barak Obamaya göndərilib. Əksər ekspertlər hesab edir ki, Ağ Ev başçısı bu sənədi veto edəcək.

Şərhlər

Çox oxunanlar