Obama hansı ölkənin böyük oyunçu olduğunu açıqladı
08.10.2015 09:58 Dünyadan reaksiya 1961
ABŞ Prezidenti Barak Obama ölkəsi ilə Sakit Okeanın sahilində yerləşən 11 ölkə arasındakı ticarət məhdudiyyətlərini qaldıracaq Trans Sakit Okean Tərəfdaşlığı (TPP) razılaşması haqqında danışarkən "Standartları biz etməsək, Çin müəyyən edəcək" sözlərini deyib.
Reaksiya.az xəbər verir ki, Obama 2008-ci ildə danışıqları başlayan və iki gün əvvəl imzalanan müqavilə ilə bağlı dövlət radiosu NPR-yə verdiyi müsahibədə regionda ticarətin yüksək standartlı qaydalarının müəyyən edilməsi üçün tərəflər və ekoloq qruplarla söhbət aparıldığını söyləyib:
"Bu standartları biz etməsək, Çin müəyyən edəcək və bizim şirkətlərimiz, bizim işçilərimiz əngəl vəziyyətə düşəcək. Çin artıq böyük oyunçudur və iqtisadi inkişafın böyük bir lokomotividir. Artıq daha şəffaf, daha peşəkar və yeni təcrübələrə uyğun olmalıyıq. Əslində bu müqavilə bu günə qədər görülmüş ən mütərəqqi və yüksək standartlı müqavilədir".
Bunu prezidentin adı ilə deyil, ABŞ-a buraxılmış bir miras olduğunu bildirən Obama Asiya-Sakit Okean regionunun dünyada ən böyük və ən sürətli böyüyən region olduğunu vurğulayıb:
“Dünya bazarlarının 95 faizi sərhədlərimiz xaricindədir. Amerikada istehsal olunan mallar digər ölkələrə aparılmalıdır”.
Qeyd edək ki, TPP-yə ABŞ, Kanada, Yaponiya, Avstraliya, Bruney, Malaziya, Yeni Zelandiya, Vyetnam, Meksika, Sinqapur, Peru və Çili daxildir. Bu ölkələrin ümumi daxili məhsulu dünya iqtisadiyyatının 40 faizini təşkil edir.
Bu müqavilənin qüvvəyə minməsi üçün ABŞ Konqresi və digər 11 ölkənin parlamenti razılaşmanı təsdiq etməlidir.
Şərhlər