Çin Türkiyəni aldatdı - VİDEO
08.10.2015 10:28 Dünyadan reaksiya 2553
Çin döyüş təyyarə gəmisini Suriyaya göndərib. Keçmiş adı Varyag, yeni adı Lianoning olan gəmi Rusiyaya dəstək olacaq. Varyag, daha əvvəl Türkiyədən keçmişdi.
Reaksiya.az xəbər verir ki, Çinin aldatmaq yolu ilə boğazlardan keçirdiyi Lianoning gəmisinin Aralıq dənizində Rusiyaya Suriya üçün dəstək verəcəyi iddia edilib.
Varyagın keçidinə Türkiyə yalnız bir şərtlə icazə vermişdi. Çin bunun qarşılığında Türkiyəyə 1 milyon çinli turist göndərəcəkdi. Nəticədə isə əyləncə gəmisi kimi buraxılan gəmi daha sonra Çin donanmasının balansına daxil edilərək təyyarə gəmisi halına gətirilmişdi.
Qara dənizdə Ukrayna zavodlarında istehsal olunan və "Qumarxana" yalanı ilə boğazlardan keçirildikdən sonra Çinin ilk təyyarə gəmisi halına gətirilən Varyaga müharibə əmri verildiyi idda edilib. Aralıq dənizinin şərqinə gedən gəminin Rus donanmasına dəstək verəcəyi qeyd olunub.
Varyag ötən ilin 10 avqust tarixində ölkənin şimal-şərqindəki Dalian limanında suya endirilmişdi. Kuznetsov sinifindən olan Varyag 306.5 metr uzunluğunda və 72 metr enindədir. Gəmi J-15 döyüş təyyarəsi, JT-9 dəniz təlim təyyarəsi və Z-8 tipli helikopteri daşımaq gücünə malikdir.
Şərhlər