"Mən türkəm, türk" - Əziz Səncər

08.10.2015 10:39     Dünyadan reaksiya     2515

Xəbər verdiyimiz kimi, türkiyəli alim Əziz Səncər Nobel Kimya Mükafatına layiq görülüb.

Reaksiya.az xəbər verir ki, alim mükafatı aldıqdan sonra bəzi media orqanlarının suallarından və sosial mediada özünün mənşəyinə dair fikirlərdən narahat olduğunu dilə gətirib.

O, BBC telekanalından ona zəng edildiyini və ilk olaraq “Siz ərəbsiz?” sualını verdiklərini qeyd edib.

Alim cavab olaraq “Mən türkəm, türk, o qədər. Mardində anadan olmağıma baxmayaraq mən türkəm” deyib.

Əziz Səncər illərlə gördüyü işlərin qarşılığında mükafata layiq görülməkdən qürur duyduğunu da qeyd edib: "Ən çox ölkəm üçün sevindim. Türkiyəyə elm lazımdır. Avropa səviyyəsinə gəlmək üçün elm lazımdır. O cəhətdən töhfə verdiyim  üçün çox şadam".

O, kimya üzrə mükafat alacağını gözləmədiyini də söyləyib: “Daha çox tibb üzrə araşdırmalara əhəmiyyət verirəm, bu səbəbdən kimya sahəsində mükafatı gözləmirdim. Tibb mükafatı alacağımı düşünürdüm. Amma o mükafat da iki gün əvvəl verildiyi üçün, artıq olmaz deyə fikirləşdim. Bu mükafatı almağım sürpriz oldu".

Şərhlər

Çox oxunanlar