Pentaqondan rəsmi açıqlama - "Rus qırıcıları ABŞ təyyarələrinə hücum etməyib"

08.10.2015 11:56     Dünyadan reaksiya     2159

Rusiyanın Suriyada İŞİD-i bombalayan döyüş təyyarələrinin ABŞ-a aid pilotsuz hava təyyarələrinə hücum etdiyi iddia olunub.

Reaksiya.az xəbər verir ki, bu olaya Pentaqon rəsmisi Michelle Baldanza münasibət bildirib.

Onun fikrincə, Suriyada hava əməliyyatı keçirən rus qırıcıları ABŞ-ın pilotsuz hava təyyarələrinə qarşı hücum etməyib: "ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri təhlükə altında deyil. Koalisiya təyyarələri ilə qarşı-qarşıya gəldikləri təqdirdə rus pilotlarını məsuliyyətli davranmağa dəvət edirik".

Baldanza koalisiya qüvvələrinin İŞİD-i yox etmək məqsədlərinə sadiq qaldıqlarını da vurğulayaraq Rusiyanın Suriyanın nisbətən mülayim müxaliflərini vurmasından da narahat olduqlarını təkrar qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov isə “Rossiya 1” telekanalına verdiyi müsahibədə indiyə qədər heç kəsin mülayim müxalifətin nə olduğunu bilmədiyini deyib: "Rusiya prezidenti Vladimir Putin də bu mövzu ilə bağlı maraqlanıb və mülayim müxalifətlə digər müxalifətin fərqinin nə olduğunu soruşub".

Şərhlər

Çox oxunanlar