“Putini təkrar axtarmayacağam" - Ərdoğan - VİDEO
08.10.2015 12:27 Dünyadan reaksiya 2175
Yaponiyaya gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İki ölkə arasındakı gərginliyin yaxın bir qarşıdurmaya çevrilmə ehtimalını aradan qaldırmaq üçün Putinlə görüşəcəksinizmi? Toqquşma kimi bir narahatlıq varmı?” suallarına "Moskvada Putinlə görüşəndə uzun bir nitq söylədim. Ondan sonra nələr baş verdiyini bilirik. Hava əməliyyatlarının başlamasından sonra telefonla danışdım. Görüşdən sonra hava məkanı pozuntusu oldu. Bu şərtlər daxilində mənim təkrar onu axtarmağımın mənası yoxdur" cavabını verib.
Reaksiya.az xəbər verir ki, Prezident Ərdoğan ötən bazar axşamı 1838-ci ildən bəri bir ilkə imza atdı və Kral Filippin dəvəti ilə ikitərəfli təmaslarda olmaq üçün Belçika səfər etdi. Onun Belçikaya belə dəvətlə gəlişi daha əvvəl olmamışdı. Dünən isə Prezident Yaponiyaya səfərə yollandı.
Təxminən 12 saatlıq uzun yolçuluqda Ərdoğan jurnalistlərin suallarını cavablandırıb. Söhbətə Suriya böhranına əlavə olunan yeni baş ağrısı Rusiya ilə başlanıldı. Terrorla mübarizə və seçkilər mövzusu da müzakirə edildi.
“Belçikaya zəngin bir səfər oldu. Kral Filipp ilə də bir araya gəldiyimiz bu səfər, 1838-ci ildən, yəni Osmanlıdan bu yana Belçikaya görülən ilk dövlət səfəri idi. Daha sonra Avropa Parlamentinin sədri Martin Şults, Aİ Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Juncker ilə görüşdük. Müzakirə edilən məsələlərin başında qaçqınlar var. Türkiyənin Aİ-yə tam üzvlük prosesini də müzakirə etdik. AB Komissiyasının sədri Juncker müzakirə prosesinin sürətləndirilməsinin lazım olduğunu bildirib. Viza məsələsinin 2017-ci ildən tez həll ediləcəyini sandım”.
“NATO Rusiyanın ölkəmizin hava məkanını pozuntuları ilə bağlı sərt bəyanat verdi. Verilən mesaj son dərəcə açıqdır: Türkiyənin hava məkanı pozulub. Bu isə NATO hava məkanının pozuntusudur. Rusiyanın bu pozuntularla bağlı açıqlamalarını ciddi əlaqələndirə bildirmək məcburiyyətindəyəm. Moskvada Putinlə üz-üzə görüşdük. Sonra hava əməliyyatlarından dərhal sonra onunla telefon danışığımız oldu. Bütün bunların ardından, hazırda yaşananlar da, hava məkanı pozuntuları də ciddiliklə uyğun gəlmir. Baş verənlərdən sonra əlbəttə, incimişik”.
Şərhlər