Dünyanın ən uzun şüşə körpüsü çatladı
08.10.2015 17:33 Dünyadan reaksiya 2118
Çində "Cəsarət Körpüsü” adlanan dünyanın ən uzun şüşə körpüsü çatlayıb. Hadisə turistlərin körpünün üzərində yeridiyi zaman çatlayıb.
Reaksiya.az xəbər verir ki, təşvişə yol açan hadisədə ölən və ya yararlanan olmayıb.
Çinin Hunan Turizm İdarəsinin rəsmisi üç təbəqəli körpünün yalnız bir təbəqəsində çatlama meydana gəldiyini və çatlamanın turistin dəmir termosu yerə salması nəticəsində meydana gəldiyini söyləyib.
Hazırda körpü təmirə bağlanıb.
Qeyd edək ki, üstündən keçmək qorxulu olduğu üçün “Cəsarət Körpüsü” adlanan, 300 metr uzunluğundakı körpü sentyabrın 20-də açılıb.
180 metr hündürlükdəki körpünün dizaynerləri körpünün möhkəm olduğunu, şüşə qırılsa da insanlara heç nə olmayacağını qeyd edib.
Həmçinin körpünün hər kvadrat metrinin 800 kiloqram ağırlığı qaldırdığı və həmin şüşənin adi pəncərə şüşələrindən 25 qat daha dayanıqlı olduğu bildirilib.
Şərhlər