Parlamentdə partlayış törədilib

09.10.2015 01:37     Dünyadan reaksiya     1756

Kosovada müxalifətdən olan deputat parlament binasında partlayış törədib.

Reaksiya.az-ın məlumatına görə, prezident Atifete Jahjaga müxalifətin bu hərəkətini pisləyib.

Müxalifətdə olan “Kosovonun Gələcəyi Naminə Alyans”ın rəhbəri Ramush Haradinaj hökuməti daha böyük aksiyalarla hədələyib.

Onlar hökumətin Avropa Birliyinin vasitəçilik etdiyi razılaşmadan çıxmasını istədiklərini bəyan ediblər. Müxalifətçilər bunu Kosovonun ərazi bütövlüynə təhlükə hesab edirlər.

Qeyd edək ki, sözügedən razılaşmada Kosovonun serblər yaşayan regionlarına daha böyük səlahiyyətlər verilib. Əsasən albanların yaşadığı Serbiyanın keçmiş əyaləti Kosovo 2008-ci ildə müstəqilliyini bəyan edib.

Amma Belqrad və bir sıra ölkələr hələ də onun müstəqilliyini tanımır. Avropa Birliyinə daxil olmaq istəyən Serbiya ilə Albaniya Brüsselin təzyiqi ilə münasibətləri normallaşdırmağa çalışırlar.

Şərhlər

Çox oxunanlar