Suriyaya atılan raketlər İrana düşüb?

09.10.2015 02:19     Dünyadan reaksiya     1525

ABŞ-ın CNN telekanalı Xəzər dənizi akvatoriyasından atılan Rusiya raketlərinin bir neçəsinin hədəfə çatmadığını bildirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi cavabında bildirib ki, raketlərin hamısı Suriyadakı hədəfləri vurub.

Mənbə ABŞ-dakı iki vəzifəli şəxsə istinadən bildirir ki, Suriyadakı mövqelər hədəfi olduğu  Rusiya raketlərindən azı dördü İrana düşüb. Məlumatı verən şəxslərdən biri insident nəticəsində qurbanların olduğunu ehtimal etsə də, digəri bu məlumatı təsdiqləməyib.  

Onlar həmçinin raket buraxılışının Xəzər dənizinin cənub akvatoriyasından həyata keçirildiyini təsdiqləyiblər. Rəsmi Vaşinqton bu məlumatı hələlik təsdiqləməyib. 

Şərhlər

Çox oxunanlar