ABŞ Antiterror Mərkəzi: Suriyaya 28 mindən çox əcnəbi gedib

09.10.2015 02:42     Dünyadan reaksiya     1882

Müharibədə iştirak etmək  üçün 28 mindən çox əcnəbi Suriyaya getdiyi ehtimal olunur. Reaksiya.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Konqresdə dinləmələr zamanı  ABŞ Milli Antiterror Mərkəzinin direktoru Nikolas Rasmussen bildirib.

Onun sözlərinə görə, onlardan 5 mini qərb ölkələrinin, 250 nəfəri isə ABŞ vətəndaşıdır.  

Rasmussenin sözlərinə görə, bu o demək deyil ki, həmin şəxslər hazırda münaqişə zonasındadır:“Bu rəqəmə döyüşlərdə ölənlər, geri qayıdanlar və ya üçüncü ölkələrə gedənlər də daxildir”.  

Şərhlər

Çox oxunanlar