NATO Rusiyaya çağırış etdi
09.10.2015 03:28 Dünyadan reaksiya 1594
NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb .
“Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmək çox vacibdir. Gürcüstan sərhədlərinin dünya tərəfindən tanıdıldığı suveren dövlətdir. Onun öz gələcəyini, təhlükəsizliyin təmin olunması üçün tədbirləri müəyyən etmək hüququ var”, deyə NATO-nun baş katibi qeyd edib.
Onun sözlərinə görə, Rusiya indiyədək Gürcüstanın sərhədlərini pozmaqda davam edir. “NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırır”, deyə baş katib bildirib.
“NATO Uelsdəki sammit zamanı Gürcüstana böyük yardım paketinin ayıracağını vəd etmişdi və biz sözümüzə əməl edirik”, deyə baş katib bildirib və Gürcüstanın da öz öhdəliklərinə əməl edərək islahatlar layihəsini davam etdiyini bildirib. Yens Stoltenberq Gürcüstan-NATOəməkdaşlığının möhkəmləndirilməsini dəstəkləməkdə davam edəcəyini bildirib.
Şərhlər