Liviyada yeni hökumət formalaşdırılıb
09.10.2015 08:14 Dünyadan reaksiya 1670
Liviyada milli birlik hökuməti formalaşdırılıb.
Reaksiya.az xəbər verir ki, ölkənin baş naziri Faiz Sarac olub.
BMT baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Bernardino Leonun sözlərinə görə, yeni Nazirlər Kabineti ölkənin kəskin böhran vəziyyətindən çıxmasına kömək etməlidir.
BMT-nin məlumatına görə, Liviya hökumətinin formalaşdırılması prosesində ölkənin bütün regionlarını təmsil edən 150 nəfər iştirak edib.
Şərhlər