BMT-nin baş katibi: "Yəmən od içində yanır "
15.06.2015 16:52 Dünyadan reaksiya 1829
Bu gün Yəmənin mövcudluğu tarazlığın qorunmasından asılıdır. Tərəflər bir-biri ilə mübahisə edir, ölkə isə od içində yanır".
Report.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Yəməndəki böhranla bağlı İsveçrənin Cenevrə şəhərində keçirilən toplantıdakı çıxışında bildirib.
O, münaqişə edən tərəfləri iki həftəliyə atəşi kəsməyə çağırıb.
Yəməndəki qiyamçı husilərin nümayəndəsi hələ ki, Cenevrəyə getməyib. Yaxın saatlarda onların da tədbirə qatılacağı gözlənilir.
Qeyd edək ki, Yəməndəki böhranla bağlı məsləhətləşmə toplantısı iyunun 15-də başlayıb, iyunun 16-dək davam edəcək.
Şərhlər