Rusiya təkzib etdi - “Xəzər dənizindən atılan raketlər İrana düşməyib” - VİDEO
09.10.2015 10:07 Dünyadan reaksiya 2236
Rusiyanın Müdafiə Nazirliyi Rusiyaya aid bir döyüş gəmisindən Suriyaya atılan raketlərin İrana düşdüyü iddiasını təkzib edib.
Reaksiya.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov mövzuyla əlaqədar etdiyi açıqlamada Xəzər dənizindəki rus gəmilərindən atılan raketlərin hədəflərinə çatdığını qeyd edib.
O, raketlərin uçaraq hədəfi vurma anlarının görüntülərini ictimaiyyətlə bölüşüb.
Amerikanın CNN televiziyasının xəbərinə görə, adı açıqlanmayan ABŞ-ın 2 rəsmisi Xəzər dənizinin cənubunda yerləşən rus döyüş gəmisindən atılan ən azı 4 raketin İrana düşdüyünü söyləmişdi. Rəsmilərdən biri rus raketlərinin düşməsi nəticəsində insan tələfatını da dilə gətirmişdi.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən etdiyi açıqlamada Xəzər dənizindəki 4 rus gəmisinin Suriyadakı 11 hədəfə 26 raket atdığını demişdi.
İran Müdafiə Nazirliyi də öz torpaqlarına rus raketlərinin düşdüyü iddialarını təkzib edib.
Şərhlər