“Anadolu" agentliyinin müxbiri Suriyada öldürüldü
09.10.2015 10:17 Dünyadan reaksiya 1955
Türkiyənin “Anadolu" agentliyinin Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla bombalı hücum nəticəsində həyatını itirib.
Reaksiya.az xəbər verir ki, yerli mənbələr bombalı hücumun İŞİD terror təşkilatının təşkil etdiyini bildirib.
Qeyd edək ki, o, iyul ayında Hələbin Cəmiyyət əz-Zəhra regionundakı münaqişələri izləyərkən üzündən yaralanmışdı.
Salih Suriyanın şimalında münaqişələrə dair çoxlu fotoşəkil və video çəkərək münaqişə altında yaşayan xalqın çətinliklərinə dair hesabatlar təqdim edib.
Müxbirin 1 illik evli olduğu qeyd edilib.
Şərhlər