Putinin atası iraqlı olub - ŞOK İDDİA
09.10.2015 10:55 Dünyadan reaksiya 2363
İraqda şiələrin əksəriyyəti "Hacı Putin”i xilaskar kimi görür, hətta onun üçün müxtəlif şəhər əfsanələri uydurur. Sosial mediada isə Putin ölkənin az qala fəxri vətəndaşı elan edilib.
Reaksiya.az xəbər verir ki, Putin haqqında belə hekayə də uydurulub:
"Əslində Putinin atası İraqlı satıcı olub. Cənubdakı Nasiriyə şəhərində yaşayıb. Dükanında ərəbcə, qarşılığı “tin” olan əncir də satıb. Bu səbəblə Putinin atası “Əbu Tin” deyə yad edilib. İkinci Dünya Müharibəsindən sonra “Əbu Tin” Rusiyaya köç edib. Burada sarışın rus qızı ilə evlənib, oğluna da Abdüləmir adını verib. Ancaq rus dilində Abdüləmir demək çətin olduğu üçün adını “Vladimir” olaraq dəyişdiriblər”.
Bağdadlı taksi sürücüsü Əli el-Rammahi İraqdan köç etməməsinin yeganə səbəbinin Putin olduğunu deyib: "Məni İraqda qalmağa Putin razı saldı. Hacı Putin Hüseyn Obamadan daha yaxşıdır".
Əsli xristian olan ABŞ prezidenti Barak Obamanın keniyalı atası müsəlmandır, bu səbəbdən atasının adı Hüseyndir.
Şərhlər