“Dostluq Karvanı” sona çatdı - Qazax xanlığının 550-ci ili

09.10.2015 12:33     Dünyadan reaksiya     1899

Çindən yola düşən “Dostluq Karvanı” öz səfərini başa çatdırıb.

Reaksiya.az xəbər verir ki, “Dostluq Karvanı” Qazax xanlığının yaranmasının 550-ci ili münasibəti ilə keçən il yola düşüb.

Karvanın son dayanacağı olan Qazax xanlığının yarandığı Taraz şəhəri olub.

Qeyd edək ki, karvan 136 dəvə və 8 at arabasından ibarətdir.

Minlərlə kilometr yol gələn karvanın məqsədi isə Qazaxıstan və Çin arasındakı dostluq münasibətlərini möhkəmləndirmək, mədəni və tarixi əlaqələri inkişaf etdirməkdir.

Karvanda Çinin tekstil məhsulları, ipək parçalar və çay aparılıb.

Şərhlər

Çox oxunanlar