Gürücstanda İŞİD-ə əsgər göndərənlər tutuldu

15.06.2015 17:01     Dünyadan reaksiya     1640

Gürcüstanın Pankisi dərəsində terrorçu İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu həbs olunub.

Reaksiya.Az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Pankisi dərəsində yaşayan insanları Suriyaya muzdlu əsgər kimi göndərməyə çalışan beş nəfər 100 polis əməkdaşının cəlb olunduğu xüsusi əməliyyat nəticəsində tutulub.

Həbs olunanlar arasında Batiraşvilinin qohumu Qayoz Borçaşvilinin də adı keçir.

Şərhlər